Eurovision-2011-in beşinci yarımfinalçısı
11 Dekabr 2010 Şənbə 00:35
Səsvermənin nəticələrinə görə birinci olan Arzum Xəlilova yarımfinalda mübarizə aparacaq
Ötən axşam İTV-nin canlı efirində keçirilən “Eurovision 2011” milli seçim turlarının dördüncü həftəsinin yarımfinalçısının adı məlum olub. Müğənni Arzum Xəlilova yarımfinala vəsiqə qazanan 7 iştirakçıdan beşinci olub. Xatırladaq ki, yarımfinala vəsiqə qazanan iştirakçılardan dördüncüsü Nikola Barkley idi.
Ötən axşam 50% peşəkar münsiflərin və 50% tamaşaçıların səsverməsinin nəticələri belədir:
Arzum Xəlilova - 12 xal
Aydan Rüstəmova - 10 xal
Səbinə Babayeva - 8 xal
Cavanşir Hacıyev - 7 xal
Rəhimə Həsənəlizadə - 6 xal
Çinarə Nəzərli - 5 xal
Ramin Quliyev - 4 xal
Emilya Yaqubova - 3 xal
Milan Məmmədov - 2 xal
Səid İsmayılzadə - 1 xal
Leyla Dadaşova - 0 xal.
DOSTLARINLA PAYLAŞ: