Yeni kadrlarda Ersoy Ulubey bütün ölkə rəsmilərini və güc strukturlarını öldürəcəyini deyir
“Kurtlar Vadisi Pusu” serialının yeni – 124-cü seriyasının kadrları yayılıb. Xatırladaq ki, 123-cü seriya Polad Alemdarın tapançasını helikopterdən düşən Ersoy Ulubeye tuşlaması ilə başa çatmışdı. Yeni kadrlarda Ulubeyin azadlıqda olduğu, kadrlardan birində isə Polad Alemdarın girov götürüldüyü görünür. Bu kadrlarda həmçinin Ersoy Ulubey bütün ölkə rəsmilərini və güc strukturlarını öldürəcəyini deyir: “Ölkə prezidentini, parlament spikerini, baş naziri, baş qərargah rəisini, anamüxalifət liderini, 4 qüvvət komandirlərini (Quru qoşunları, daxili qoşunlar, hərbi dəniz donanması, hərbi hava donanması), xüsusi xidmət üzrə dövlət müşavirini; hamısını eyni anda öldürəcəyəm”.