Erol Büyükburc yeni albomunu eşşəyin belində təqdim etdi
29 İyul 2013 Bazar Ertəsi 02:35
Albomda şeir kimi yazılaraq bəstələnən 10 Molla Nəsrəddin lətifəsinə yer verilib.
Türkiyənin tanınmış müğənni Erol Büyükburc şəhərin mərkəzində eşşəklə gəzərək yeni albomunu təqdim edib. İstanbul şəhəri Taksim meydanındakı Fransa mədəniyyət mərkəzində “Halım nə olurdu” adlı albomu təqdim edən müğənni saha sonra eşşəyə minərək məşhur İstiqlal küçəsinə çıxıb.

Molla Nəsrəddin kaftanı və əmmaməsi geyinən müğənni bildirib ki, albomda şeir kimi yazılaraq bəstələnən 10 Molla Nəsrəddin lətifəsinə yer verilib.

Müğənninin bu hərəkətini rəğbətlə qarşılayan yerli sakinlər Büyükburcla xatirə şəkilləri çəkdiriblər.






DOSTLARINLA PAYLAŞ:

oyunlar