Ermənilər Yavuz Bingölün bibisini zorlayıb
19 Mart 2011 Şənbə 06:29
Azərbaycan tamaşaçısının “Zerda” serialında Şahin ağa kimi tanıdığı Bingöl ermənilər barədə bəzi həqiqətləri səsləndirib
Türkiyənin məşhur saz ifaçısı və müğənnisi, Azərbaycan tamaşaçısının “Zerda” serialında Şahin ağa kimi tanıdığı Yavuz Bingöl ermənilər barədə bəzi həqiqətləri səsləndirib. Kanal “D”-də “Gənc Baxış” verilişində qonaq olan Bingöl “Ermənilərdən üzr istəyirik” kampaniyasına dəstək verdiyi üçün onu tənqid edənlərə cavab verib. Bibisinin də ermənilər tərəfindən vəhşicəsinə öldürüldüyünü deyən müğənni artıq bu məsələnin qapanmasını istədiyini deyib: “Siz heç haqlı olduğunuz halda üzr istəməmisiniz? Anamın bibisi ermənilər tərəfindən öldürülüb. Həm də zorlanaraq və döşlərinin ucu kəsilərək. Ailəsi ilə bu aıcını yaşamış biri kimi, “Bəsdir artıq! Bu məsələ bitsin! Üzr istəyirəm” – dedim”.

Soyqırımını əsla qəbul etmədiyini deyən Yavuz Bingöl türklərdən də üzr istəyib: “Soyqırımını qəbul etmirəm. O kampaniya xoş məramlı bir addım idi. Sizi incitmişəmsə türk xalqından da üzr istəyirəm. Mənim orkestrimdə 1 azəri, 2 erməni var. Hırant Dink öldürüldüyü vaxt onların üzünə baxa bilmədim. 100 ildir bu ölkədə erməni problemi var. Müharibə və göz yaşı artıq bəsdir. Bu ölkədə artıq qardaş qardaşı vurmasın, PKK problemi, erməni problemi həl olunsun. Dürüst və namuslu insanam və inandığım kimi hərəkət edirəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar