Ermeniler meni bağışlasınlar...
"Eurovision 2013" təmsilçimiz Fərid Məmmədovun çıxışı tamaşaçılara o dərəcədə xoş gəldi ki, hətta ermənilər belə ona səs vermədən durmadılar. ANS PRESS-in məlumatına görə, 234 xalla 2-ci olan Fərid Məmmədov erməni qızlarının da favoriti olub. Melina Arzumanyan adlı erməni qızı öz "Twitter" səhifəsində Azərbaycanlı təmsilçinin özünü və mahnısını çox bəyəndiyini və Fərid Məmmədova səs verdiyini yazıb. "Ermənilər məni bağışlasınlar. Mən öz səsimi Azərbaycana verdim. Gözəl mahnı, gözəl ifaçı!"
Moskvada yaşayan Melina Ermənistan təmsilçisini bəyənmədiyi bu sözlərlə ifadə edib: "Ermənistan göndərməyə başqa adam tapmadı? Dəhşət!"