Erməni müğənni Emmi “Eurovision-2011”də “Boom-Boom” deyəcək
06 Mart 2011 Bazar 00:56
Emmi “Eurovision-2011”də “Boom-Boom” deyəcək. Mahnı tamaşaçılar arasında sms səsverməsi və münsiflər heyətinin qərarı ilə müəyyənləşib.
Erməni estrada müğənnisi Emmi mayda Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində “Boom-Boom” mahnısını ifa edəcək. Mahnı bir qədər əvvəl keçirilən teleşouda tamaşaçılar arasında sms səsverməsi və münsiflər heyətinin qərarı ilə müəyyənləşib. “Boom-Boom” mahnısının müəllifləri Apricota, Sosi i Murzodur.

Qeyd edək ki, erməni müğənni Emmi “Eurovision-2011” müsabiqəsinin ilk yarımfinalında - mayın 10-da çıxış edəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar