“Peta” üzvü olan qadın kürkdən çox istifadə etdiyi üçün Kardaşyana qarşı belə bir aksiya keçirdiyini bildirib.
Amerikalı model və tele-aparıcı Kim Kardaşyan iştirak etdiyi tədbirlərdən birində hücuma məruz qalıb. Məlumata görə, məhşur bir parfumun təqdimetmə mərasimində erməni modelin başına un atılıb. Aksiyaçı qadının jurnalistlər üçün nəzərdə tutulan yerdən atdığı un Kardaşyanın başından aşağı boşalıb. “Peta” (People for the Ethical Treatment of Animals – Heyvanlarla Etik Davranış Təşkilatı) üzvü olan qadın kürkdən çox istifadə etdiyi üçün Kardaşyana qarşı belə bir aksiya keçirdiyini bildirib.