Erməni modelə qarşı etiraz aksiyası
03 Dekabr 2012 Bazar Ertəsi 05:20
50-yə yaxın etirazçı Kardaşyana qarşı “Ölkəmizdə porno ulduzu istəmirik” – kimi şüarlar səsləndiriblər.
Tanınmış içki brendlərindən birinə aid mağazanın açılışı üçün Bəhreynə gedən erməni əslli amerikalı model Kim Kardaşyan bu ölkədə qəribə bir sürprizlə qarşılaşıb. Daha əvvəl Küveytdə mağaza açılışında iştirak edən Kardaşyana Riffa şəhərində bir qrup dindar öz etirazını bildirib. Məlumata görə 50-yə yaxın etirazçı Kardaşyana qarşı “Ölkəmizdə porno ulduzu istəmirik” – kimi şüarlar səsləndiriblər. “Allahu Əkbər” nidaları ilə yürüş keçirən qrupa polis gözyaşardıcı qazla müdaxilə edib.
DOSTLARINLA PAYLAŞ: