Bəstəkar-müğənni uzun müddətdir gözlənilən klipini təqdim edib.
Bəstəkar-müğənni EMİN ötən gün uzun müddətdir gözlənilən klipini təqdim edib. Axşam.az-ın məlumatına görə, “Amor” adlanan klipdə 2012-ci ildə dünya gözəli seçilən Olivia Kulpo çəkilib. Müğənninin yeni albomundan ilk sinql olan “Amor”un ekran versiyasını Ledi Qaqaya çəkdiyi kliplə “Qremmi” mükafatı almış Kris Sims və Keti Anqstadt hazırlayıb.
Klipin təqdimat mərasimi EMİN-in Moskvada yeni açılan “Rose Bar” adlı restoranında baş tutub. Rusiya mətbuatı dəbdəbəli yaxtanı xatırladan restoranın Moskvanın ən gözəl məkanlarından biri olacağını yazıb.