Emin Ağalarov Yaşıl Teatrda solo konsert verib. Tamaşaçılar arasında Araz Ağalarov ve Tamara Sinyavskaya da olub.
Məşhur müğənni-bəstəkar Emin Yaşıl Teatrda solo konsert verib. Axşam.az-ın məlumatına görə, bir-birindən gözəl mahnılarını ifa edən Emini gecədə rəqs qrupu müşayiət edib. Sənətçinin pianoda ifası qonaqlar tərəfindən bəyənilərək qarşılanıb.
Konserti dinləməyə gələnlər arasında Eminin atası, iş adamı Araz Ağalarov və Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da olub.
Proqramın maraqlı anlarından biri də tamaşaçıların havaya qırmızı şar uçurması idi.
Gec saatlara qədər davam edən konsertdə Emin onu dinləməyə gələn hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, müğənni Çingiz Mustafayev, Fərid Məmmədov, Rühəngiz Allahverdiyeva da konsertdə qonaq qismində iştirak edib.