Emin Ağalarov Bakıda konsert verəcək
27 Mart 2014 Cümə Axşamı 10:24
Tanınmış müğənni Emin Ağalarov Bakıda konsert verməyə hazırlaşır.
ANS PRESS-in məlumatına görə, konsertin iyul ayının 17-də olması planlaşdırılır. Konsert proqramı “Yaşıl teatr”da keçiriləcək. Bu barədə məlumatı Emin şəxsi "Facebook" səhifəsində pərəstişkarları və dostları ilə paylaşıb. Müğənni möhtəşəm şou hazırlıqları getdiyini bildirib.

Hər zaman məşhur DJ-ər ilə səhnəni paylaşan ifaçının bu dəfə tək çıxış edəcəyi planlaşdırılır. Gecədə Emin sevilən mahnılarını və yeni hitlərini səsləndirəcək. Bundan əlavə olaraq konsert proqramında daha fərqli sürprizlərin də yer alacağı bildirilib.

Proqrama bir neçə ay qalmağına baxmayaraq biletlər artıq şəhərin kassalarından əldə etmək olar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar