Əməkdar artistin işdən qovulması xəbəri yalan çıxdı
03 Dekabr 2012 Bazar Ertəsi 15:27
İlqar Cahangirov öz xahişi ilə işdən çıxıb
Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist İlqar Cahangirovun işdən qovulması haqqında məlumat yayılıb. Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rəhbərlik rəsmi şəkildə bildirir ki, bütün bu xəbərlər şayiədir. Çünki İ.Cahangirov öz xahişi ilə işdən azad olmaq üçün ərizə ilə kadrlar şöbəsinə müraciət edib və onun ərizəsinə müvafiq qaydada baxılmaqdadır.

O, teatrın repertuarında olan bir neçə tamaşada əsas rolların ifaçısıdır. Və hələ ki, onun işdən azad edilməsi barədə rəsmi əmr yoxdur. Biz hüquqi və demokratik ölkədə yaşayırıq. Hər bir vətəndaşın işə qəbul olunmaq və işdən azad olunmaq hüququ vardır. Bu da İ.Cahangirovun hüququdur.

İ.Cahangirov bəzi хəbər portalalarında göstərildiyi kimi siyasi əqidəsinə görə deyil, özünün də qeyd etdiyi kimi daha yüksək məvacibli işdə çalışması ilə əlaqədar bu addımı atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar