Elza Seyidcahan toyun tarixini açıqladı
20 Noyabr 2009 Cümə 21:05
Elza Seyidcahan oğluna toy edir. Müğənninin sözlərinə görə, oğlunun toyu noyabrın 26-da Bakının şadlıq evlərinin birində keçiriləcək.
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan oğlu Ələkbərin toyunun tarixini açıqlayıb. Onun sözlərinə görə, toy noyabrın 26-da Bakının şadlıq evlərinin birində olacaq. Toya hazırlaşan müğənni gəlininin adını da açıqlayıb. “Gəlinimin adı Elnarədir. Oğlum özü onu görüb, bəyənib, ailə qurmaq qərarına gəlib. Allah bütün subaylara belə bir gün qismət eləsin”, - deyə o vurğulayıb.

Qəribə olsa da son vaxtlar şou əhli öz övladlarının toyuna mətbuat nümayəndələrini buraxmır. Lakin Elza Seyidcahan həmkarlarının bu hərəkətini təkrarlamayacağını deyib. Əməkdar artist oğlunun toyuna jurnalistləri də dəvət edəcəyini bildirib.

“Həmin gün toy həm dostlarımın, həm jurnalistlərin, həm də tanımadığım fanatlarımın üzünə açıq olacaq”, - deyə müğənni qeyd edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar