Elza Seyidcahan qızına qadağa qoydu
27 Sentyabr 2013 Cümə 18:26
Elza Seyidcahan qızına müğenni olmağı qadağan edib.
Əməkdar artis Elza Seydacahanın qızı diplom alıb. Müğənni Axşam.az saytına açıqlamasında övladının hüquqşunas kimi təhsil aldığını və yaxın günlərdə bu sahədə işləməyə başlayacağını deyib:

“Qızım universiteti bitirdi, diplomunu aldı. İndi dövlət imtahanı verib, hüquqşunas kimi işə başlayacaq. Onun bu sahədə peşəkarlaşmasını istəyirəm. Hazırda sürücülük dərslərinə gedir. Öz biliyi ilə vəsiqə alacaq. Bu yaxınlarda ad günü oldu. Sakit bir məkanda öz ailə üzvlərimiz yığışıb qeyd etdik”.

Qızında bəstəkarlıq istedadı olduğunu deyən E.Seyidcahan ona bu peşəni qadağan edib:

“Bu sənətdə çox əziyyətlər çəkdim. İstəmirəm ki, qızım da bunları yaşasın. Ona bəstəkarlığı qadağan etdim. Ona görə də istəyirəm dövlət işində çalışsın.

Bilirəm ki, əgər kimdəsə bu istedad varsa, neçə yaşı olur-olsun, ortaya çıxaracaq. Amma əsas peşəsi hüquqşunas olacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar