Elza Seyidcahan oğlunun qumar borcundan danışdı
19 Avqust 2013 Bazar Ertəsi 02:26
Elza Seyidcahan: Ekber mercde ne udub, ne de uduzub.
Əməkdar artist Elza Seyidcahan bir müddət öncə oğlu Əkbərin mərc oyunlarında külli miqdarda pul uduzması xəbərinə aydınlıq gətirib. Axşam.az-ın məlumatına görə, müğənni “Space” telekanalında yayımlanan “Bazar” verilişinə açıqlamasında övladının qumardan başı çıxmadığını deyib:
“Bu xəbər çıxanda mən Azərbaycanda deyildim. Əkbər dedi ki, ana, görmüsən nə yazıblar? Mənim oğlum sənətə gəldiyi üçün ona ağ böhtan atıblar. Əkbər heç kart oynamağı bilmir, nəinki mərc oyunlarına pul qoymaq. O, mərcdə nə udub, nə də uduzub. Oğlum xasiyyətcə mənə oxşayıb: nəsə edəndə gizlətmir, etiraf edir ki, ana, bunu etmişəm”.
DOSTLARINLA PAYLAŞ: