Elza Seyidcahan İstanbulda qanunları pozub
20 Aprel 2010 Çərşənbə Axşamı 17:15
Əməkdar artist Elza Seyidcahan bu gün yeni klipini mətbuata təqdim edib.
Qeyri-adi layihələri ilə təəccübləndirməyi bacaran əməkdar artist Elza Seyidcahan bu gün mətbuat konfransı keçirib. ANS PRESS-in məlumatına görə, müğənni İstanbulda çəkdirdiyi klipini Cazz Mərkəzində mediaya təqdim edib.

Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə müğənninin özünə aid olan "Həyata küsmə" mahnısına çəkilmiş klipdə adından göründüyü kimi həyatın canlanması göstərilib. Klipdə əsasən küçədə dilənən ahıl insanların görüntüləri və onlara mərhəmətlə yanaşan Elza Seyidcahan təsəvvür edilib. Çəkiliş zamanı sənətçi uzun illər aktyor sənəti ilə məşğul olan və ömrünün ahıl illərini dilənərək keçirən bir sənətçiyə də rast gəlib və onun vəziyyətini klipinə köçürüb.

Çəkiliş qrupu İstanbulun Taksim meydanına yaxın ərazilərdə çəkiliş apararkən, onlara ərazinin bələdiyyəsindən bunun üçün icazə almalı olduqları bildirilib. Bu icazə əsasən tramvayda çəkiliş aparmaq üçün qoyulan qadağanı aradan götürmək üçün vacib olub. Lakin çəkiliş qrupunun icazə almağa vaxtı olmadığından gizlin çəkiliş aparmaq qərarına gəlib.

Klipin rejissoru Nailə Əkbərovanın sözlərinə görə, Elza xanım sərnişinlərin arasında əyləşib, kameraman isə sürücünün yaxınlığında dayanaraq, tramvaydan küçəni seyr edən sənətçini lentə alıb. Onlar qadağanı bu şəkildə poza biliblər. "Əslində bizim «Tarqovı» deyilən ərazidə də çəkiliş aparmaq bir o qədər asan deyil. Əgər ideyanı burada gerçəkləşdirəsi olsaydılar, bu, müəyyən yazışlamalardan sonra mümkün ola bilərdi. Türkiyədə isə belə böyük qadağalar yoxdur".

Elza Seyidcahan klipin məhz Türkiyədə çəkdirmək fikrində olmadığını söyləyib: " Sadəcə, mahnı hazır olan ərəfədə İstanbuldan təklif gəlib və bunu həyata keçirməyi düşündük".

Klipin yayımı həm burada, həm də Türkiyənin TRT-Avaz kanalında nəzərdə tutulub.

Qeyd edək ki, Elza Seyidcahanın «Həsrət nəğməsi» klipi də İstanbulda çəkilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar