Elza Seyidcahan İordaniyadadır
30 Noyabr 2010 Çərşənbə Axşamı 11:10
Əməkdar artist krallıqda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçısıdır
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan İordaniyadadır. ANS PRESS-in məlumatına görə, müğənni İordaniya Haşimilər Krallığında keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçısıdır.

Mədəniyyət Günləri çərçivəsində krallığın Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək.

Qeyd edək ki, iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti noyabrın 29-da İordaniya Krallığına yola düşüb. Səfər çərçivəsində bu ölkənin mədəniyyət, həmçinin turizm və tarixi əsərlər nazirləri ilə görüşü planlaşdırılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar