Elza Seyidcahan evini girov qoyub
22 İyul 2013 Bazar Ertəsi 18:47
Elza Seyidcahan maraqlı etiraf edib.
Əməkdar artist Elza Seyidcahan maraqlı etiraf edib. Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında layihələrini bankdan götürdüyü borc vasitəsilə həyata keçirdiyini deyib:
“Mən borc alanda onu avtomobilə, evə xərcləmirəm. Mənim sponsorum yoxdur. Layihələrimi reallaşdırmaq üçün məcbur olub borc götürür, banka kreditə düşürəm. Sonra da yavaş-yavaş ödəyirəm. Sənətimi çox sevdiyimdən bu cür addım atıram. Hətta 2000-ci ildə Qırğızıstanda bir müsabiqəyə qatılmaq üçün pulum yox idi. Borc götürüb getdim. Əvəzində isə evimi girov qoymuşdum. Birinci yerə layiq görüldüm, pul mükafatı verdilər. Bakıya qayıdanda bir təşkilat bundan xəbər tutdu və mənə borcumu qaytaracaq qədər pul verdi. Mən də pulu ödəyib evimi girovluqdan qurtardım”.
DOSTLARINLA PAYLAŞ: