Elza Seyidcahan əsəbiləşdi
02 Aprel 2013 Çərşənbə Axşamı 14:28
Elza Seyidcahan : Mənə dedi ki, beş min avro verim....
Əməkdar artist Elza Seyidcahanın bəstələri türk müğənniləri tərəfindən maraq dairəsindədir. Müğənni Axşam.az saytına açıqlamasında Türkiyə şou-biznesi ilə işbirliyinə başlayacağını deyib:

“Mənə türk müğənniləri tərəfindən tez-tez zənglər gəlir. Onlar bəstələrimi ifa etmək istəyirlər. Qiymət deyəndə isə etiraz edirlər. Bəstəmin birini əlli min avroya satmaq istəyirəm. Qoy, deməsinlər ki, Azərbaycanda ucuz bəstəkar var. Hazırda onlar da mahnıya çox pul vermirlər. Mən əlli min deyəndə etiraz edib, ən çox beş min verə biləcəklərini bildirirlər. Belə olan halda isə mahnını hədiyyə edirəm. Bu yaxınlarda məşhur müğənnidən zəng gəlmişdi. Mənə dedi ki, beş min avro verim, filan bəstəni mənə satın. Məbləği eşitdikdə əsəbiləşdim və dedim sizə bu mahnını hədiyyə edirəm.

Mənim “Tənha” mahnım İspaniyada çox məşhurdur. “Həsrət nəğməsi” Türkiyədə dillər əzbəri olub. Buna görə də özümə, sənətimə dəyər verirəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar