Elza Seyidcahan böcek olmağa qerar verib
16 Avqust 2013 Cümə 16:38
Elza Seyidcahan yeni konsertini Uğur böceyi adlandırıb.
Qeyri-adi konsertləri ilə hər zaman fərqlənən əməkdar artist Elza Seyidcahan bu dəfə “böcək” obrazına girəcək. Axşam.az-ın məlumatına görə, müğənninin yeni konserti “Uğur böcəyi” adlanacaq.

Özünü uğurlu insan hesab edən Elza Seyidcahan yeni lahiyəsindən danışıb:

“Mən çox uğurlu insanam. Kiminlə işləyirəm, mahnı verirəm uğurlu alınır. Getdiyim hər yerdə şən əhval-ruhiyyə yaradıram. Kiməsə pul verəndə aylarla cibində saxlayır ki, bərəkətli əliniz var. Bunları nəzərə alıb “Uğur böcəyi” adlı konsert fikirləşdim. Burada mən “böcək” olacam. Çox fərqli geyimlər, saç düzümləri hazırlayırıq. İbrətamiz, insanlara xeyirxahlığı tərənnüm edəcək bir layihə olacaq. İndi məkan seçirik. Görək “Uğur böcəyi” qanadlarını harada salacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar