Elza şamlara konsert verəcək?
21 Dekabr 2009 Bazar Ertəsi 21:05
Elza şamlara konsert verəcək? Bəstəkar-müğənni rusiyalı mütəxəssislərə müraciət edib.
Hər zaman qeyri-adi yeniliklər edən və bəzən də həmkarları tərəfdən qınaq obyektinə çevrilən, əməkdar artist Elza Seyidcahan növbəti layihə hazırlayır. ANS PRESS-ə açıqlama verən müğənni daha bir qeyri-adi konsert verəcəyini bildirib.

“Bu dəfə kiçik salonları deyil, Heydər Əliyev Sarayının səhnəsini seçmişəm. Konsert proqramını qeyri-adi fantaziyalar ilə zənginləşdirmək istəyirəm. Hələlik tam açıqlama vermək istəmirəm. Tamaşaçını maraqlandırmaq üçün sirr saxlamağı bacarmaq lazımdır", - deyən Elza Seyidcahan yalnız onu açıqlayıb ki, proqrama rəng qatan yeniliklərdən bəzisi rusiyalı mütəxəssislərə məxsus olacaq. Bu məqsədlə müğənni Moskvaya da bir neçə səfər planlaşdırıb.

Qeyd edək ki, bir müddət öncə müğənni şamlara konsert verəcəyini də bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar