Elxan Şirinov səhnəyə qayıdıb
19 Dekabr 2009 Şənbə 21:35
Müğənni Elxan Şirinov səhnəyə qayıdıb. Müğənninin yeni albomu işıq üzü görüb.
Müğənni Elxan Şirinovun yeni albomu işıq üzü görüb. ANS PRESS-ə açıqlama verən E.Şirinovi, alboma son 13 ildə oxuduğu mahnıları daxil etdiyini bildirib.

" “Geri dön” adlanan albom əvvəlkilərdən fərqlənir. Albomda 1996-cı ildən bu günə kimi ifa etdiyim bir çox mahnılar toplanıb”, - deyə o əbildirib.

Uzun müddət efirlərdə görünməyən E.Şirinov gələcək planlarından da danışıb.

“Musiqisi Maestro Ceyhuna, sözləri isə Cavidə məxsus olan “Bir ürək istərəm” adlı mahnını hazırlamışıq. Bu mahnını çox bəyənirəm, əgər qismət olsa buna klip də çəkdirəcəyəm. Lakin mahnının cəmiyyət tərəfindən necə qarşılanacağını bilmirəm. Bu mənim müalicədən qayıtdıqdan sonra ifa etdiyim ilk mahnıdır”, - deyə müğənni əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar