Elton Con üzr istəyəcək
21 Fevral 2010 Bazar 13:05
Müğənni Elton Con xristianların etirazı ilə qarşılaşıb
Pop ulduz Elton Conun, Həzrəti İsa Peyğəmbərlə bağlı dediyi sözlər Xristian aləmi tərəfindən sərt qarşılanıb. Məsələ ilə bağlı açıqlama verən müğənni sözlərinin onun əsl məqsədini aşdığını söyləyib.

Xatırladaq ki, qeyri-ənənəvi orientasiyaya malik müğənni, "Parade" jurnalına verdiyi müsahibədə İsa peyğəmbərin də onun kimi olduğunu iddia edib.

Bolqarıstanın Filibe bölgəsinin metropoliti Nikolay deyib ki, "Beynəlxalq medianın belə pozğun fikirləri nümayiş etdirməsi, müasir dünyanın ilahi gerçəklərdən nə qədər uzaqlaşdığının və nə qədər günaha batdığının göstəricisidir". Metropolitin fikrincə, E. Conun bu sözləri müqəddəs Pasxa orucu ərəfəsində xistianları doğru yoldan uzaqlaşdırmaq məqsədi daşıyır.

"Bu insan (Elton Cohn- red.), öz günahını Həzrəti İsaya yaraşdırmağa çalışır", deyə metropolit Nikolay qeyd edib.

Elton Con isə Amerikanın WGN-TV kanalına müsahibəsində bildirib ki, sözləri səhv başa düşülüb. E. Conun müsahibəsi sabah efirə veriləcək və proqramda sənətçinin üzr istəyəcəyi bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar