Elton Con ata oldu
28 Dekabr 2010 Çərşənbə Axşamı 12:30
Müğənni və Devid Ferniş cütlüyü oğulluğa uşaq götürüblər
Məşhur britaniyalı müğənni Elton Con və onun rəsmi nigahlı həyat yoldaşı, kanadalı dizayner və kinorejissor Devid Ferniş oğulluğa uşaq götürüblər. ANS PRESS-in “US Weekly”ə istinadən verdiyi xəbərə görə, Zahari Cekson Livon Ferniş-Con adlandırılan körpə surroqat ana tərəfindən dünyaya gətirilib.

Qeyd edək ki, Elton Con və 43 yaşlı Ferniş artıq 17 ildir ki, bir yerdə yaşayırlar. Onlar 1993-cü ildə ümumi tanışlarından birinin təşkil etdiyi şam yeməyi zamanı tanış olublar. Elton Con oğlan dostuna spirtli içki və narkotik maddələr asılılığından xilas olmaqda kömək olub.

2005-ci ildə Con və Freniş qarşılıqlı münasibətlərini qanuləşdirmək qərarına gəliblər. Vətəndaş nigahına girmə mərasimi dekabrın sonları Britaniyanın Vindzor şəhərində baş tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar