Avropa Qəzetçilər Dərnəyinin mükafatlarının təqdimetmə mərasimi keçirilib. Elnur Məmmədov İlin ən yaxşı Azərbaycan sənətçisi mükafatına layiq görülüb.
Populyar müğənni Elnur Məmmədov Türkiyədə ilin ən yaxşı Azərbaycan sənətçisi seçildi. Müğənninin mətbuat katibi Ceyhun Məhərrəmovun ANS PRESS-ə verdiyi məlumata görə, bu yaxınlarda Türkiyədə Avropa Qəzetçilər Dərnəyinin mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Tədbirə xüsusi olaraq Azərbaycandan müğənni Elnur Məmmədov və dostu model Günay Musayeva dəvət olunub. Bir neçə tanınmış türk ifaçıları ilə məhz bir tədbirə dəvət alan azərbaycanlı müğənni Elnur Məmmədov isə “İlin ən yaxşı Azərbaycan sənətçisi” mükafatına layiq görülüb. Müğənni tədbirdə “Ciyər param” mahnısını ifa edib.