Elnarə Xəlilova Azərbaycanı tərk edir
14 Avqust 2012 Çərşənbə Axşamı 11:43
Tanınmış estrada müğənnisi Elnarə Xəlilova (L-Nara) bu günlərdə həyat yoldaşı, üç uşağı və yaxın ailə dostu bəstəkar Günel Sərdarqızı ilə birlikdə İstanbula səfər edəcək.
Əməkdaşımızla söhbəti zamanı L-Nara səbəbləri özü izah etdi: “Çox istərdim ki, bu səfərimiz sırf istirahət məqsədi daşısın, amma biz klip çəkilişi üçün yola çıxırıq. Əslində, söz və musiqisi Günel Sərdarqızına məxsus olan “Ha-ha” mahnısını ekranlaşdırmaq üçün azərbaycanlı rejissorlara müraciət etmişdim. Çünki, türk dilində ifa etdiyim “Centleman” mahnıma çəkilən klip nümayişə çıxdığı andan bəzi tənqidlər oldu ki, nə səbəbdən öz rejissorlarımıza müraciət etmədim. İstədiyim ideyanı gerçəkləşdirmək üçün rejissor tapılsa da, məkanla bağlı problemlər yaşadıq. Ağ fonun, böyük studiyanın olmaması qarşımızda çözülməz problem kimi qaldı. Sırf bu səbəbdən yenidən ilk işbirliyimiz olan musiqi şirkətinə ikinci klipi çəkmək üçün sifariş verdik. Dediyim kimi, yeganə çıxış yolumuz bu idi.Mən özüm də istəmirdim ki, üç azyaşlı uşağımızı təyyarəyə mindirib səfərə çıxaq. Amma nə etməli, işimizə görə bunu etməli idik. İnşallah, peşəkar komandanın maraqlı klip ərsəyə gətirəcəyinə ümidvaram”.L-Nara İstanbulda olacağı bir neçə gün ərzində maraqlı fotosessiyalar etdirəcəyini də diqqətə çatdırdı. Açıqlamasının sonunda müğənni pərəstişkarlarına təşəkkür etməyi də unutmadı: “Baxmayaraq ki ”Centleman”ı ifa etməyimdən aylar ötüb, mahnı hələ də klip və hit paradlarda yerini qoruyub saxlayır, internet saytlarında ən çox yüklənilənlər arasındadır. Buna görə dinləyicilərimə təşəkkür edirəm. Çalışıram ki, yalnız onların zövqünü oxşayacaq mahnılar ərsəyə gətirim”.
DOSTLARINLA PAYLAŞ: