Əli Mirəliyev Faiq Ağayevi qucaqlamaq istəyir
21 Yanvar 2010 Cümə Axşamı 20:35
Müğənnilər arasında "qucaqlaşma" sorğusu. Əli Mirəliyev Faiq Ağayevi qucaqlamaq istəyir.
21 yanvar Dünyada "Beynəlxalq qucaqlaşma günü" kimi qeyd olunur. İlk dəfə 1986-cı ildə Amerikada bu gün qucaqlaşma günü kimi qəbul olunub. Bu günün adət-ənənəsinə görə hər kəs istənilən adamı dost kimi qucaqlayıb bağrına basa bilər. Bir çox alimlərin fikrincə qucaqlaşma ilə hətta insanı sağaltmaq belə olar.

Maraqlıdır bizim bu səs-küylü şou-biznes əhli bu gün kimi qucaqlamağı düşünür. ANS PRESS şou əhli arasında mövzu ilə əlaqədar sorğu keçirib.

Əli Mirəliyev qadın ifaçılardan xalq artisti Şahnaz Haşımovanı, kişi ifaçılardan isə 2 ilə yaxındır danışmadığı Faiq Ağayevi qucaqlamaq istəyir.

Xumar Qədimova dünyadan köçmüş yazıçıları, müğənnilərin isə hər birini öz xarakterlərinə uyğun qucaqlamaq fikrindədir.

Kərim Röyanı qucaqlamaq istəyir. Amma bununla belə, onun ərindən qorxur. Buna görə o, bu gün həmkarı Səidə Sultanı qucaqlayacaq.

Səidə Sultanın isə Kərimi qucaqlamaq fikiri yoxdur. Onun sözlərinə görə, kişi müğənnilərində elə bir üz qalmayıb ki, onları qucaqlasın. Buna görə də Səidə həmkarı Mehrimi qucaqlayacaq.

Elarizin isə ümumiyyətlə "Beynəlxalq qucaqlaşma günü"ndən xəbəri yoxdur. İfaçı bildirib ki, əgər əvvəlcədən xəbəri olsaydı gün boyu qarşısına çıxanı qucaqlayardı.

Maestro Ceyhun ürəyindən neçə illər keçdiyi amma qucaqlaya bilmədiyi insanları qucaqlayacaq. İfaçının dediyinə görə, adi gündə o bunu edə bilməz. Çünki, buna səbəb olmalıdır.

Müğənni Aslan öz uşaqlarını, anasını və atasını qucaqlayacaq. Onun sözlərinə görə, o, Elariz kimi hər yoldan keçəni qucaqlayacaq yaşda deyil.

Xatirə İslam xanəndə Mənsum İbrahimovu qucaqlamaq istədiyini dilə gətirib. Əli Mirəliyevdən fərqli olaraq Xatirənin Natavan Həbibini qətiyyən qucaqlamaq fikiri yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar