Eldar və Nigarın Türkiyədə diski 2.50 türk lirəsinə satışa çıxarılıb
18 İyun 2011 Şənbə 14:20
Qaliblər Eldar və Nigarın Türkiyədə xüsusi diski hazırlanıb.
Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camalın Türkiyədə diski hazırlanıb. APA-nın məlumatına görə, bu diskdə Azərbaycana qalibiyyət gətirən “Running Scared” mahnısı müxtəlif versiyalarda toplanıb. Disk türkiyəli musiqisevərlər tərəfindən böyük marağa səbəb olub. Türkiyədə xüsusi musiqi şirkətində hazırlanan diskin satış qiyməti 2.50 türk lirəsidir (1,2 manat). Artıq bir neçə gündür satışa çıxarılan diskin əksəriyyəti satılıb. Üzərində qaliblərimizin fotosu yerləşdirilən diskin üz qabağında “Number 1”, “Eurovision 2011 birincisi Azərbaycan” sözləri də yazılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar