Təmsilçilərimiz dünənki əsas məşqdə bunu sübut etdilər
Ölkəmizi “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək Eldar və Nigar bu gün keçiriləcək yarışa tam hazırdırlar. ANS PRESS-in təmsilçilərimizin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, onlar bunu dünənki əsas məşqdəki çıxışları ilə sübut ediblər. Çünki dünənki çıxışlar eyni ilə canlı yayımlanacaq konsertdəki kimi düzənlənmişdi. Bütün iştirakçılar yarımfinalda çıxış edəcəkləri səhnə geyimində performanslarını nümayiş etdiriblər.
Səhnəyə 18-ci nömrə altında çıxacaq Azərbaycan təmsilçiləri Eldar və Nigarın çıxışı alqışlarla qarşılanıb. Duetimizin təqdim etdiyi “Running scared” mahnısı həm ifa, həm də səhnə tərtibatı ilə tamaşaçıların zövqünü oxşayıb.