Eldar və Nigar “Universal” səsyazma şirkəti ilə müqavilə imzalayıblar
26 May 2011 Cümə Axşamı 17:00
Bakı. Ülkər Qasımvoa – APA. Azərbaycanın “Eurovision-2011” qalibləri Eldar Qasımov və Nigar Camal Almaniyada “Universal” şirkəti ilə müqavilə imzalayıblar.
APA-nın xarici internet saytlarına istinadən yaydığı xəbərə görə, Eldar və Nigar Almaniyanın müqavilə əsasında “Universal” şirkətində bir neçə mahnı yazdıracaqlar. Həmin mahnıları uğurlu cütlük gələcəkdə Avropa turneləri zamanı ifa etmək fikrindədirlər.
Duet ortaqları artıq Almaniya səfərini yekunlaşdırıb Bakıya gəliblər. Ötən gün Vətənə qayıdan Eldar və Nigar bu gün bir sıra görüşlər keçiriblər.
DOSTLARINLA PAYLAŞ: