Eldar və Nigar Türkiyədə imza mərasimi keçirib
18 İyun 2011 Şənbə 16:19
“Eurovision-2011” qalibləri Eldar və Nigar xatirə şəkli çəkdirmək istəyənlərin də arzusunu yerinə yetiriblər.
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın Türkiyədə imza mərasimi keçirilib. Pərəstişkarları qalibləri böyük maraq və sevgi ilə qarşılayıb. Onlardan imzalı disk almaq üçün mərasimə saysız-hesabsız musiqisevər toplaşıb Duet ortaqları Azərbaycana qalibiyyət gətirən “Running Scared” mahnısı yazılmış xüsusi CD-ləri imzalayıblar. Eyni zamanda, Eldar və Nigar onlarla xatirə şəkli çəkdirmək istəyənlərin də arzusunu yerinə yetiriblər.
İmzalanma mərasimindən razı qalan Eldar və Nigar yenidən Türkiyəyə gələcəklərini, yeni mahnılardan ibarət konsert proqramı ilə çıxış edəcəklərini bildiriblər.
Qaliblər “Turkvision” yarışmasında da xüsusi qonaq kimi iştirak ediblər. Onlar səhnədə “Eurovision”da çıxış zamanı geydikləri geyimdə “Running Scared” mahnısını səsləndiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: