Eldar və Nigar Türkiyədə
10 İyul 2011 Bazar 14:15
"Eurovision-2011"in qalibləri Eldar və Nigar "Sevgi, Sülh və Dostluq Festivalı"nda iştirak edəcəklər.
Bu il "Eurovision" musiqi yarışmasında Azərbaycana qələbə gətirən Eldar Qasımov və Nigar Camal Türkiyənin İstanbul şəhərinə gediblər. Eldar və Nigar İstanbulun Atatürk Beynəlxalq Hava Limanında gül-çiçəklə qarşılanıblar. Onlar Qara dəniz bölgəsinin Eregli rayonunda keçiriləcək 18-ci "Sevgi, Sülh və Dostluq Festivalı"nda iştirak edəcəklər. Festivalda Eregli Bələdiyyəsinin Eldar və Nigara "Eurovision"dakı qələbə münasibətilə mükafat verəcəyi gözlənilir.

Həmyerlilərimiz Türkiyədə olmaqdan sevinc duyduqlarını bildiriblər. Nigar Türkiyə ilə bağlı bəzi layihələrinin olduğunu, lakin hələlik onları sirr saxladıqlarını deyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar