Eldar və Nigar “Slavyan bazarı”na gedəcəklər
22 İyun 2011 Çərşənbə 15:18
“Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal “Slavyan bazarı-2011” beynəlxalq musiqi festivalına xüsusi qonaq kimi dəvət alıblar.
APA-nın məlumatına görə, festival gələn ay Vitebskdə keçiriləcək. Eldar və Nigar iyulun 8-də keçiriləcək festivalın açılış mərasimində iştirak edəcək. Onlar açılış mərasimində Avropada hitə çevrilən “Running Scared” mahnısını oxuyacaqlar.
Festivalda Azərbaycanı Aynişan Quliyeva təmsil edəcək. O, 19 ölkə iştirakçısı ilə mübarizə aparacaq. İyulun 14-də "Slavyan bazarı"nın qala konsertində qalibin adı bəlli olacaq. APA
DOSTLARINLA PAYLAŞ: