Eldar və Nigar "Running scared"in müəllifləri ilə görüşdülər
20 May 2011 Cümə 11:24
Görüş Almaniyada baş tutub
"Eurovision 2011" mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar Avropa hitinin isveçli müəllifləri Stefan Orn və Sandra Byurmanla görüşüblər. Görüş hal-hazırda Eldar və Nigarın səfərdə olduğu Almaniyada baş tutub.
Qeyd edək ki, Azərbaycanın "Eurovision"da qələbəsinə əmək qoyan mütəxəssislərin çoxu İsveçdən idi. Onların arasında "Running scared" kompozisiyasının müəllifləri, kostyum ustaları, stilist və bek-vokalçılar var idi.
Stefan Orn mart ayında verdiyi müsahibəsində "Running scared" mahnısını digər müəllif Sandra Byurmanla birlikdə cəmi 30 dəqiqəyə hazırladıqlarını bildirmişdi.
DOSTLARINLA PAYLAŞ: