Eldar və Nigar Aleksey Vorobyova uğur nişanı hədiyyə ediblər
12 May 2011 Cümə Axşamı 15:54
Eldar və Nigar Aleksey Vorobyova uğur nişanı hədiyyə ediblər
Düsseldorf. Ülkər Qasımova-APA. Almaniyanın Düsseldorf şəhərində keçirilən “Euroviison-2011” yarışması çərçivəsində Rusiyanın təmsilçisi Aleksey Vorobyovun şərəfinə mərasim keçirilib. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, gecədə builki müsabiqənin bir çox iştirakçıları da iştirak ediblər. Onların sırasında Azərbaycan bu yarışmada təmsil edən Eldar Qasımov və Nigar Camal da olub.
Təmsilçilərimiz Aleksey Vorobyova finalda uğurlar arzulayıb və ona uğur nişanı olaraq kloun açar hədiyyə ediblər. Daha sonra isə təmsilçilərimiz Düsseldof səhnəsində ifa etdikləri “Running Scared” mahnısını mərasim iştirakçılarına ərməğan ediblər. Rusiyalı təmsilçinin mərasiminə Azərbaycanı bu müsabiqədə təmsil etmiş Aysel Teymurzadə də qatılıb.
Aleksey Vorovyovun adı ilə bağlı olan bu mərasimə Fransa, İslandiya, Ukrayna, Ermənistan, Finlandiya və digər ölkələrin təmsilçiləri təşrif buyurublar. Mərasimdə maraqlı məqamlardan biri “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbakın Aleksey Vorobyovla duet ifa etməsi olub. Mərasim boyu Aleksey Vorobyov repertuarındakı ən yaddaqalan mahnılarını ifa edib.
DOSTLARINLA PAYLAŞ: