Eldar Qasımov Konçitanı müdafiə edib
17 May 2014 Şənbə 14:48
Eldar Qasımov saqqallı qadın transseksual Konçitanın müdafiəsinə çıxıb.
“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və qalib seçilən Eldar Qasımov "saqqallı qadın" transseksual Konçitanın müdafiəsinə çıxıb.

ANS PRESS-in məlumatına görə, "Eurovision 2014" mjüsabiqəsinin qalibi olan Konçita Vürs bütün dünyanın gündəmini zəbt edib. İfaçı bu barədə şəxsi Facebook səhifəsində yazaraq, Konçitanı qınayanlara pis baxdığını bildirib:

"Pis fikirli insanların lazımsız söz-söhbətləri bezdirdi məni. Artıq bu mənasız söhbətlərdən bezdim. O istədi, əziyyət çəkdi, lənətə gəlmiş mikrofonu götürdü və “Eurovision” müsabiqəsini fəth etdi. Mənim vecimə deyil, nə deyirlər və nə deyəcəklər. Fakt: dünyanın yarısı onun ayaqları altındadır. Bu pisdir və ya yaxşıdır, buna biz qərar vermirik və yaxşı ki, biz qərar vermirik".

Eldar Qasımovun bu sözləri birmənalı olaraq qarşılanmayıb, onu qınayanlarda, dəstəkləyənlər də olub.





DOSTLARINLA PAYLAŞ:

oyunlar