Əkbər Əlizadə tamaşaçılarla bu cür sağollaşdı
09 İyul 2013 Çərşənbə Axşamı 04:31
Aparıcı Əkbər Əlizadə tamaşaçılarla sağollaşdığı kadrlar internetə yerləşdirilib.
Space TV-nin "Hər səhər" proqramının aparıcısı, tanınmış aktyor, əməkdar artist Əkbər Əlizadə canlı yayımda "Sənətdə olan insan zirvəyə yüksəlirsə tamaşaçılara borcludur. Mənim sizə olan məhəbbətimə, sizin də mənə olan məhəbbətinizə heç kim və heç nə mane ola bilməz. Mane olan elə burada qalır. Mən isə gedirəm. Bu veriliş mənim təqdimatımda sonuncu dəfə təqdim olundu" deyərək tamaşaçılarla sağollaşıb. ANS PRESS-in məlumatına görə, Əkbər Əlizadənin tamaşaçılarla sağollaşdığı kadrlar internetə yerləşdirilib. Həmin video görüntünü təqdim edir:



Space TV-nin “Hər səhər” proqramının aparıcısı Əkbər Əlizadə ANS PRESS-ə açıqlamasında telekanaldan getmək qərarını özü verdiyini bildirmişdi: "Mən ümumiyyətlə bu barədə danışmaq istəmirdim. Dünəndən bəri gələn zənglərə cavab vermirdim. Amma işdən qovulduğum yazıldığı üçün danışmaq məcburiyyətində qaldım. Space TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova mədəniyyət və incəsənətdən bixəbər olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. 5 iyul cümə günü canlı veriliş zamanı onunla sərt və kəskin mübahisəmiz düşdü. Mübahisəmizdən sonra verilişin sonunda heç kimə heç nə demədən tamaşaçılarla sağollaşdım. Efirdən uzaqlaşmağıma özüm qərar vermişəm. Bu mənim addımım idi. Space TV-nin rəhbəri Vaqif Mustafayevdən və telekanaldan heç bir incikliyim yoxdur".

Komik rolları ilə sevilən aktyor sonda Kəmalə Xəlilovaya özünəməxsus mesaj göndərməyi də unutmadı. Əkbər gülərək, "Xoşbəxtlik quşu özü gəlib qonmuşdu onun başına, mənim kimi zərin qədrini bilmədi."-demişdi.

ANS PRESS-in əldə etdiyi məlumatda isə canlı efir başa çatmadan aparıcıya qovulduğu xəbəri verilib. Verilişin gedişatı zamanı layihənin rəhbəri Kəmalə Xəlilovanın əmrlərinə tabe olmadığına görə telekanalın rəhbərliyi onu yanına çağırtdırıb. Aparıcı buna məhəl qoymayaraq veriliş bitər-bitməz demək olar ki, qaçaraq telekanalın ərazisini tərk edib. Canlı yayımda "Mən belə işləyə bilmərəm" deyərək tamaşaçılarla sağollaşan Space TV-nin “Hər səhər” proqramının aparıcısı Əkbər Əlizadə işdən çıxarılması xəbərlərinə aydınlıq gətirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar