Əhməd Şəfəq avtomobil qəzasına uğrayıb
22 Fevral 2011 Çərşənbə Axşamı 01:56
Konsertdən qayıdan müğənninin vəziyəti qənaətbəxşdir
Türkiyənin məşhur müğənnisi, Azərbaycanda da kifayət qədər pərəstişkarı olan Əhməd Şəfəq Dəmirçi avtomobil qəzasına uğrayıb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, qəza nəticəsində müğənni burnundan və sağ əlindən xəsarət alıb.

Qəza, Əhməd Şəfəq Dəmirçi Alanyada keçirdiyi konsertdən İstanbula qayıdarkən Eskişehir vilayəti İnönü rayonunun yaxınlığında baş verib. Məlumata görə, yağmurlu hava səbəbilə yolda sürüşərək aşan avtomobil daha sonra yolun kənarına yuvarlanıb.

Qeyd edək ki, qəza nəticəsində müğənni ilə birlikdə daha 6 nəfər də müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya çatdırılan heyətdən mikroavtobusun sürücüsü travmotologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti qənaətbəxş olan Əhməd Şəfəq və digər heyət üzvləri isə avtobusla İstanbula qayıdıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar