Ebru Şançı özündən 10 yaş kiçik sevgili tapdı
03 Mart 2014 Bazar Ertəsi 04:00
Türkiyənin populyar model və aktrisalarından olan Ebru Şançı maqazin gündəmindən düşmək bilmir.
ANS PRESS-in xəbərinə görə, "Yağmurdan Kaçarken" serialında Ceyla rolunu oynayan və məşhurlaşan aktrisa Ebru Şançı modellik sahəsi üzrə kariyerasını davam etdirir. Sosial şəbəkədə fəallığı ilə seçilən modelin, hər şəkli, hər sözü böyük müzakirələrə səbəb olur.

Adı bir çox məşhur futbolçularla, bunlardan "Qalatasaray"ın qapıçısı olmuş Muslera ilə hallanan model indi isə özündən 10 yaş kiçik, 1993-cü il təvəllüdlü gənc sevgili tapıb. Belə ki, modelin son zamanlar Belçikanın "Standart Liq" komandasından "Kasımpaşaspor"a transfer olan 1993-cü il təvəllüdlü futbolçu Alpaslan Öztürklə münasibətdə olduğu məlum olub.

O, özündən 10 yaş kiçik olan sevgilisinə məhəbbətini "İnstagram"-da paylaşdığı şəkildə elan edib. Modelin 6 matç cəzalı olan yeni sevgilisini İstanbulla tanış etdiyi deyilir.

Xatırladaq ki, Ebru Şancı əvvəllər məşhur diktator Muammər Qəddafinin oğlu Səid əl-İslam Qəddafi ilə də 3 ilə yaxın münasibətdə olublar.




DOSTLARINLA PAYLAŞ:

oyunlar