Ebru Polatdan azərbaycanlı sevgilisinə xəyanət
11 Mart 2014 Çərşənbə Axşamı 06:28
Azərbaycanlı iş adamı ilə sevgili olduğunu iddia edən Ebru Polata evlənmə təklifi edilib.
ANS PRESS-in xəbərinə görə, Türkiyənin seks simvolu Ebru Polat ötən günlərdə birlikdə görütülənən sevgilisindən evlənmə təklifi alıb.

Cazibədar bədən quruluşu və qalmaqallı açıqlamaları ilə maqazin gündəmindən düşməyən Ebru Polat sevgililərini əlcək kimi dəyişməyə davam edir. Adı bir çox məşhurlarla və iş adamları ilə hallanan müğənni son aldığı evlilik təklifindən çox xoşbəxt olduğunu bildirib.

Sevgilisinin 50 min dollarlıq üzüklə soruşduğu "Həyatım boyu yanımda olarsanmı?" sualına "bəli" cavabını verən Polat, çox xoşbəxt olduğunu söyləyib:

"Məni razı sala bilmək çox çətin idi. Evlilikdən ən çox qorxan insan mən idim. Amma həyatımın kişisini tapdım, artıq çox xoşbəxtəm."

Xatırladaq ki, Ebru Polat bir neçə ay əvvəl Azərbaycanlı bir kişiylə münasibətdə olduğunu və bir-birlərini çox sevdiklərini söyləmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar