Ebru Gündeş sehnede göz yaşlarını saxlaya bilmedi
10 Sentyabr 2013 Çərşənbə Axşamı 12:50
Ebru Gündeş: Nə yaxşı ki, varsan ve meni sevirsen bunlara göre sene teşekkür edirem.
Ötən gün açıq havada konsert verən Ebru Gündeş səhnədə göz yaşlarını saxlaya bilməyib. Bu yaxınlarda hamilə olduğu uşağının bətnində öldüyünü öyrənən müğənni çətin günlər keçirib. ANS PRESS-in məlumatına görə konsert zamanı kədərli söhbət zamanı sənətçinin gözlərinin dolması heçkəsin diqqətindən qaçmayıb. Ebru Gündəş özünü güclü göstərsə də həyat yoldaşı Azərbaycanlı iş adamı olan Rza Zərrab kədərini daha çox bildirib.

Tamaşaçılar arasında əyləşən həyat yoldaşının kədərləndiyini görən Ebru Gündeş səhnədən yoldaşına eşqini elan edib. Şəxsi həyatı barədə heç vaxt danışmadığını deyən müğənni, bu gün özünü saxlaya bilmədiyini deyib. Son vaxtlar çətin günlər keçirdiklərinə baxmayaraq bunlardan vacib həyat dərsi aldığını aldığını bildirib.



Sizi çox sevən,sizin üçün hər şey edən tək göz yaşınıza dünyanı dağıdacaq bir insan olduğunu başa düşdüyünüzdə həyat dahada gözəl olur, deyərək fikrin bildirib. “Nə yaxşı ki, varsan və məni sevirsən bunlara görə sənə təşəkkür edirəm” sözləri ilə həyat yoldaşına xoş sözlər göndərib.

Bundan sonra heç kimin onu bu halda görməyəcəyini deyən Gündeş bildirib ki, müğənnilər kloun kimidir, səhnədə ancaq gülmək məcburiyyətindədirlər. Serdar Ortacla eyni gecədə bir səhnə paylaşan Ebru Gündəşin konsertinə 5 mindən artıq pərəstişkarı qatılıb. Sənətçi isə öz növbəsində sevənlərinə təşəkkürünü bildirib və onların alqışlarının onu ayaqüstə saxladığını bildirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar