Ebru Gündeş körpesini itirdi
04 Sentyabr 2013 Çərşənbə 17:58
Ebru Gündeş körpesini itirdi. Körpe cerrahi emeliyyatla müğenninin betninden götürülüb.
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş 1.5 aylıq körpəsini itirib. Yerli mətbuatın xəbərinə görə, adi yoxlanma üçün xəstəxanaya gedən Ebru Gündəş həkimlərdən aldığı xəbərlə şoka düşüb. 9 həftəlik uşağın ürəyinin dayandığını öyrənən sənətçi göz yaşlarını saxlaya bilməyib. Uşaq çərrahiyə üsulu ilə götürüldükdən sonra müğənninin sağlığının normal olduğu deyilib.
Keçən həftə ikinci dəfə ana olmağa hazırlaşması barədə sizə məlumat vermişdik. ANS PRESS-in məlumatına görə məşhur pop-ifaçı bu xəbəri pərəstişkarlarına, bu dəfə hamiləlik xəbərinin onun üçün sürpriz olduğunu, amma çox xoşbəxt olduğunu qeyd etmişdi.
Azərbaycan əslli biznesmen Rza Zərrabla ailə həyatı quran Ebru Gündəşin ilk uşağı 2011-ci ildə dünyaya gəlib. Həyat yoldaşı Zərrabla birlikdə gözlərdən uzaq bir həyat yaşamaq istəyən Ebru Gündeş qızı Alara və həyat yoldaşı ilə Bodrumda istirahət edərkən hamilə olduğunu öyrənmişdi. 2011-ci ildə qızı Alaranı dünyaya gətirən Ebru bu dəfə 1.5 aylıq uşağını itirdi.
DOSTLARINLA PAYLAŞ: