Ebru Gündeş İranı bir-birinə qatdı
10 Dekabr 2012 Bazar Ertəsi 15:52
Səbəb onun restoranda mahnı oxuması olub
Türkiyənin tanınmış müğənnisi, azərbaycanlı iş adamı Rza Zerrabın həyat yoldaşı Ebru Gündəşin İran səfərində qalmaqal yaşanıb.
ANS PRESS-in Türkiyənin "Milliyət"qəzetinə istinadla verdiyi məlumata görə, İran mətbuatında bu ölkədə qadınların tək başına mahnı oxumasının qadağan olmasına baxmayaraq, həyat yoldaşı ilə birlikdə Kereç şəhərində olan Gündəş pərəstişkarlarının israrı ilə restroranda mahnı oxuyub.
Bundan əlavə xəbərə uyğun olaraq sənətçinin İranda çəkdirdiyi başıbağlı şəklidə yer alıb. Qeyd edək ki, İranda qadınların tək başına mahnı oxuması qadağandır. Ancaq digər qadın və ya kişilərlə birgə oxuya bilər.
DOSTLARINLA PAYLAŞ: