Ebru Gündəş həbsxanaya gedib
23 Dekabr 2013 Bazar Ertəsi 19:00
Müğənni Ebru Gündəş həbsdə olan həyat yoldaşı Rza Zərrabla görüşə gəlib.
Müğənni Ebru Gündəş Türkiyədə keçirilən rüşvət əməliyyatı zamanı saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabı həbsxanada ziyarət edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, sənətçinin lüks çipi günorta saat 15:30-da Metris həbsxanasına gəlib. Maşında sənətçinin də olduğu güman edilir.

Mətbuatın foto çəkə bilməməsi üçün maşın həbsxananın qapısına maksimum yaxınlaşdırılıb.
Qeyd edək ki, eyni maşın Rza Zərrabın üsküdardakı villasından çıxarkən görüntülənmişdi.







DOSTLARINLA PAYLAŞ:

oyunlar