Ebru Gündəş geyimlərini satır
17 Yanvar 2010 Bazar 11:20
Müğənni Ebru Gündəş bunun üçün internet saytı da açıb.
Məşhur türk müğənnisi Ebru Gündəş ilk dəfə olaraq səhnə geyimlərini satışa çıxarıb. İfaçı bunun üçün şəxsi internet saytı da açıb- www.ebrugundessatiyor.com.
"Geyimlərimi satışa çıxarmağımın əsas məqsədi odur ki, onlar iki otaq qədər yer tuturdu. Onları bir qədər azaltmaq barədə düşündüyüm bir vaxtda mənə maraqlı bir təklif edildi. Təklifi çox bəyəndim və qəbul etdim. Geyimlərimin satışından əldə edilən vəsaitin xəstəxanalara, uşaq evlərinə və kasıb insanların əməliyyatlarına sərf edilməsinə razılıq vermişəm."
Səhnəkosyumlarının yüksək qiymətə satıldığını söyləyən müğənni geyimlərin onun üçün çox əziz olduğunu etiraf edib. Buna baxmayaraq, kimsəsiz uşaqlara kömək etmək arzusu müğənniyə çox asanlıqla paltarlarından imtina etməyə kömək edib.
Qeyd edək ki, keçirilən aksiyada başqa tanınmış müğənnilərin də geyimləri satılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: