Dünyanın ən zəhlə tökən mahnısı rekord qırır (VİDEO)
22 Aprel 2011 Cümə 10:06
Rebekka Blekin oxuduğu “Friday” mahnısına sosial şəbəkə saytında 113 milyon dəfə tamaşa edilib.
“Sosial media”nın inkişafı sayəsində artıq kiçik yaşlı insanların belə bir anda məşhur olması mümkündür. Onlardan biri olan Rebekka Blekin oxuduğu və “You Tube” saytına yüklədiyi mahnısı 113 milyon dəfə baxılsa da sahibini mənfi şöhrətə çatdırıb. Belə ki, 13 yaşlı Rebekkanın oxuduğu “Friday” mahnısı “ən zəhlə tökən mahnı” seçilib. “Reuters”in məlumatına görə, isə mahnının istehsalçı şirkəti telefon və e-mail yoluyla 2 dəfə ölümlə hədəənib.
Qeyd edək ki, hal-hazırda “You Tube” saytında mahnının reytinqi 113 milyon 254 min 922-yə çatıb. ANSPRESS