Dünyanın ən seksual qadını çarşaba büründü
24 Mart 2011 Cümə Axşamı 13:03
Türkiyədə filmə çəkilən Monika Beluççi 20 il yaşlanaraq kamera qarşısına keçib
Dünya şöhtərli aktrisa Monika Beluççi qara çarşaba bürünüb. ANS PRESS-in "Kanal D"yə istinadən verdiyi xəbərə görə, italyalı ulduz qara çarşabı iranlı Bahman Gobadinin Türkiyədə çəkdiyi "Kərgədanın son şeiri" filmində geyinib.

Ötən həftə Beykozdakı köhnə bir fabrik binasında aparılan çəkilişdə gözəl aktrisa 20 il yaşlanaraq kamera qarşısına keçib.

Filmdə həbsxana səhnələrinin yer alacağı çəkilişlərdə, aktrisa öz növbəsini gözləyən zaman belə çarşabı çıxarmayıb. Aktrisanın fasilələrdə bol-bol meyvə yeməsi diqqəti çəkib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar