Oskar sahibi Ketrin Zeta Cons depressiyadadır.
"Oscar" mükafatlı Hollivud aktrisası, dünyanın ən gözəl qadınlarından biri hesab edilən Ketrin Zeta Cons depressiyadadır. ANS PRESS-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa ruhi əsəb dispanserinə yerləşdirilib. Aktrisanın meneceri "People" jurnalına açıqlamasında 43 yaşlı Consun xəstəliyini nəzarətdə saxlamaq üçün xəstəxanaya müraciət etdiyini deyib.
O, 30 günlük müalicə kursuna qatılacaq.
Qeyd edək ki, aktrisa 2011-ci ildə də analoji xəstəliklə bağlı müalicə almışdı.