Dünyanın ən çox qazanan modellərinin siyahısı açıqlandı
16 İyun 2012 Şənbə 02:06
31 yaşlı braziliyalı model Jizel Bundhen bir ildə 45 milyon dollar qazanıb.
Dünyanın ən çox qazanan modeli braziliyalı Jizel Bundhendir. O, son bir il ərzində 45 milyon dollar qazanıb. ANS PRESS-in məlumata görə, braziliyalı model “Forbes” jurnalının dünyanın ən varlı modellərinin siyahısına başçılıq edir. Jizel Bundhenin 31 yaşı var. O, “Versace”, “Esprit” və “Pantene” kimi şirkətlərlə əməkdaşlıq edir. Bundan başqa, dünyanın aparıcı “Grendene” (Braziliya) şirkəti ilə müttəfiq olan model “İpanema” adı altında ayaqqabı istehsal edir. Bir müddət əvvəl Jizel Bundhen və həyat yoldaşı, tanınmış Amerika futbolçusu Tom Breydi ikinci övladlarını gözlədiklərini açıqlayıblar.
Jurnalın siyahısında ikinci yeri 38 yaşlı britaniyalı Keyt Moss tutur. O, Jizel Bundhendən xeyli geri qalır və son bir ildə 9,2 milyon dollar qazanıb. Ötən ilin yayında Keyt Moss “The Kills” qrupunun müsiqçisi Ceymi Xinslə ali qurduqlan sonra mətbuatda onun fotomodellik karyerasının qürubunun çatdığı barədə ehtimallar irəli sürülürdü. Lakin “Pirelli” təqvimi üçün çəkilişlərdən sonra Keyt Mossla bağlı yazıların istiqaməti dəyişdi və artıq britniyalı gözəlin “təqaüdə çıxacağı” barədə iddialar səslənmir.
Reytinqin üçüncü sırasında 30 yaşlı rus model Natalya Vodyanovanın adıdır. O, 8,6 milyon dollar qazanıb. Üç övlad anası olan Natalya Vodyanova “Calvin Klein” və “Guerlain” şirkətlərinin simasıdır.
7,3 milyon dollar qazanan braziliyalı model, “Victoria's Secret” qadın geyimi və alt paltarları brendinin nümayəndəsi Adriana Lima dördüncü yerdədir. Sonrakı iki yeri də bu şirkətin təmsilçiləri tutur - hollandiyalı Dautzen Krez və braziliyalı Alessandra Ambrasio. Onların illik gəliri müvafiq olaraq, 6,9 milyon və 6,6 milyon dollar təşkil edir.
Dünyanın ən çox qazanan modellərinin siyahısında ilk onluqda Hollivund ulduzu Orlando Blumun həyat yoldaşı Miranda Kerr (4 milyon dollar), danimarkalı Lara Stoun (3,8 milyon dollar), amerikalı Kerolin Merfi (3,5 milyon dollar) və 23 yaşlı Cənubi Afrikalı Kendis Sveynpolun (3,1 milyon dollar) da adı var.
Beləliklə, jurnal bildirir ki, on modelin bigə gəlirləri təxminən 100 milyon dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: