Dünya şöhrətli ulduz Lindsi Lohan həbsxanaya yerləşdirildi
21 İyul 2010 Çərşənbə 10:10
Lindsi Lohan orada 90 gün keçirməlidir.
Lindsi Lohan dünən Los-Ancelesin qadın həbsxanasına yerləşdirilib. Hakimin qərarına əsasən aktrisa orada 90 gün keçirməlidir.
Buna baxmayaraq, aktrisanın iki həftədən sonra azadlığa çıxmaq şansı var. Statistikaya görə nümunəvi davranış nümayiş etdirən məhbuslar dəmir barmaqlıqlar arxasında cəzalarının dörddə-bir hissəsini keçirirlər.
Kübar reputasiyaya malik Lohan bu müddət ərzində narıncı dəst geyinəcək və bəzək əşyalarından imtina etməli olacaq. Mobil telefon və internet də onun üçün əlçatmaz olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: